Loyd Amerika mafyasının içində olsa da qorxaq təbiətlidir. Arıq, çirkin əndamı ilə ömrünü Nortonun yanında keçirmiş, onun çanta daşıyanı olmuşdur. Nortona Allah kimi baxırdı. O, uşaq olanda ailəsi qətlə yetirilmiş, Norton da onu çirkli işlərində çalışdırmaq üçün himayəsinə almışdı. Norton narkotik və silah alveri ilə məşğul idi. İşlərini Pentaqonla yuxarı səviyyədə dostluğu olan “Qoca Senyora” ləqəbli Benjamin ilə görürdü. Nevadada yerləşən qızıl mədənini qarət etmək üçün Norton baronlarla toplaşır və plan hazırlayır. Lakin Sançonun malikəsində təfsilatları danışılan mədəndən oğurlanmış qızılların Peruya çatması cəngəlli olur.