Akademiyanı təsis etdikdən sonra ATGTİ-dən ayrıldım. Bu akademiyada ailə xidmət personalını Avropa standartlarına uyğun yetişdirib işlə təmin edirdik.

Əsasən uşaq dayəsi prizmasındakı fəaliyyətimizdə psixoloji, pedoqoji və pediatr dərsləri ilə dayələri hazırlayır, onları imtahanlara cəlb edir və ailələrdə işlə təmin edirdik. Tələb və təklifi qarşılamaq imkansız vəziyyətə gəlib çatdığından 1 il sonra akademiyanın fəaliyyətini dayandırdıq.